İngiltərə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Artıq cütlüklər müəyyənləşib. Belə ki, bu mərhələdə "Mançester Siti" "Suonsi", "Mançester Yunayted" isə "Vulherhempton"la qarşılaşacaq.
1/4 finalın cütlükləri bunlardır:
"Suonsi" — "Mançester Siti"
"Uotford" — "Kristal Pelas"
"Vulverhempton" — "Mançester Yunayted"
"Milluoll" — "Brayton"
Qeyd edək ki, bu mərhələnin oyunları martın 15-dən 17-dək keçiriləcək.