Avroliqa komandası»nın növbəti mərhələ vəsiqəsi hazırdı

Avroliqa komandası»nın növbəti mərhələ vəsiqəsi hazırdı


Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun günündə 1 qarşılaşma keçirilib. "Sevilya" "Latsio"nu qəbul edib. İtaliyadakı qarşılaşmada minimal hesablı qələbəsi qazanan ispanlar bu görüşdə də meydanı qalib tərk edib - 2:0. Beləliklə, "Sevilya" 1/8 finala yüksələn ilk komanda olub.
Qeyd edək ki, 1/16 final mərhələsinin digər cavab oyunları bu gün keçiriləcək.


Avropa Liqası, 1/16 final mərhələsinin cavab oyunları

20 fevral

"Sevilya" (İspaniya) - "Latsio" (İtaliya) - 2:0
Qollar: Yedder, 20, Sarabiya, 78
Qırmızı vərəqələr: Vaskes, 60 ("Sevilya", iki sarı vərəqə), Marusiç, 71 ("Latsio", birbaşa qırmızı vərəqə)
İlk oyun - 1:0