İkiqat Avropa çempionları olimpiadada iştirak edəcəklər

İkiqat Avropa çempionları olimpiadada iştirak edəcəklər


İkiqat Avropa (2011, 2012) çempionları Natali Pişala və Fabyon Vurza 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak edəcəklər. "L`Equpe” qəzetinin yazdığına görə, Avropa çempionları olimpiadada çıxış edəcəkləri fiqurlu konkisürmə üzrə sərbəst proqramda hansı musiqinin sədaları altında çıxış edəcəklərini artıq müəyyənləşdiriblər. Natali və Fabyan məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin eyniadlı əsərinin motivləri əsasında səhnələşdirilən musiqili "Balaca şahzadə” əsərinin sədaları altında rəqs edəcəklər.