Qılıncoynadanlarımız Avropada sözlərini deməyə çalışacaqlar

Qılıncoynadanlarımız Avropada sözlərini deməyə çalışacaqlar


Qılıncoynadanlarımız İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.
Şpaqa və sablya üzrə yığma komandamız fevralın 22-də İtaliyanın Foccia şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında Avropa birinciliyində yarışacaqlar. İdmançılarımız martın 3-dək davam edəcək qitə birinciliyində həm şəxsi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.