"Zenit” klubunun İdarə Heyətin sədri Aleksandr Dükov Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti seçilib.
Səsvermə qurumun növbədənkənar konfransında baş tutub. Dükov RFS prezidentliyinə seçkidə yeganə namizəd olub. O, yeni postda Vitali Mutkonu əvəzləyib.
"Bu etimad üçün hamıya təşəkkür edirəm. Mənim üçün bu böyük şərəf və məsuliyyətdir. Öhdəmizdə çətin tapşırıqlar var, eyni zamanda onları həll etmək daha maraqlı olacaq. Biz komanda şəklində əminəm ki, hər bir məsələləri həll edəcəyik”, – deyə Dükov bildirib.