Rusiyalı idmançı Qış çempionatının qalibi olub

Rusiyalı idmançı Qış çempionatının qalibi olub

Rusiyalı qadın atlet Anjelika Sidorova Almaniyanın Düsseldorf şəhərində keçirilən Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) qış çempionatında dirəklə tullanma yarışının qalibi olub.

27 yaşlı idmançı 4,77 metr nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

A.Sidorovanın çıxış edəcəyi növbəti turnir fevralın 23-də Fransanın Klermon-Ferrand şəhərində keçiriləcək.

Xatırladaq ki, A.Sidorova 2014-cü və 2015-ci illərdə Rusiya, 2014-cü ildə isə Avropa çempionatlarında qızıl medal qazanıb.