Onu əvəzedici komandaya göndərdi

Onu əvəzedici komandaya göndərdi
Araz Abdullayev "Qarabağ”ın əvəzedici komandasına göndərilib.
 Millinin vingeri bu gün Birinci Divizionun 16-cı turu çərçivəsində "Şüvəlan”la səfər oyununda (3:1) meydanda olub.

Konqolu hücumçu Con Delarj da ötən aydan baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici komandada oynayır. Ümidləri doğrultmayan Delarjın durumu bəllidi. Müqaviləsinin müddəti başa çatana və ya özünə başqa iş yeri tapana qədər əvəzedici komandada top qovacaq. Araza gəlincə, bizdə olan məlumata görə baş məşqçinin istəyinə əsasən "dubl”da top qovub. Məsələyə qayıdacağıq.