Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Atletiko"nun müdafiəçisi Dieqo Qodin ən yaxşı oyunçu seçilib. Uruqvaylı müdafiəçi səsvermədə "Bavariya"dan Tiaqo Alkantara, "Lion"dan Ceyson Denayer və "Mançester Siti"dən Rahim Sterlinqi qabaqlayıb.
Qeyd edək ki, Qodin 1/8 final mərhələsinin "Yuventus"la Madriddə keçirilən ilk oyununda müdafiədəki inamlı çıxışı ilə yanaşı, Turin klubunun qapısına vurduğu qolla komandasının qələbəsində əsas pay sahibi olub.