Əfsanəvi idmançı məhkəməyə çağırılıb

Əfsanəvi idmançı məhkəməyə çağırılıb


"Fənərbaxça”, PSJ,​ "Bolton” və "Hall Siti” kimi komandalarda oynamış Nigeriya futbolunun əfsanəsi Cey Cey Okoça barədə həbs qərarı verilib.

​ Türkiyə mətbuatının yaydığı xəbərə görə, gəlir vergilərini ödəməyən 45 yaşlı veteran oyunçu haqda bu qərar ölkəsinin Laqos Şəhər Məhkəməsində çıxarılıb. Qərara əsas səbəb kimi Okoçanın həm də son 2 ildə davam edən məhkəmə prosesində iştirak etməməsi göstərilib.

Məhkəmənin sədri Adedayo Akintoya Okoçaya məhkəməyə gəlməsi üçün bu ilin avqust ayının 15-ə kimi möhlət verildiyini bildirib.

Qeyd edək ki, Nigeriya millisinin sabiq üzvü oynadığı bütün klublarda ümumilikdə, 395 oyunda 63 qol vurub, 25 qol ötürməsi edib. O, milli komanda ilə çıxdığı 75 oyunda isə 15 dəfə fərqlənib.