Asiyalılar avropalı hakimi transfer edirlər

Asiyalılar avropalı hakimi transfer edirlər

Bir müddət əvvəl peşəkar futbolda hakimlik karyerasını bitirən ingiltərəli Mark Klatenburq yenidən öz işinə qayıtmaq fikrinə düşüb. Amma Mark karyerasını Avropada deyil, Asiyada davam etdirəcək. O, Çin çempionatında ədaləti qoruyacaq. 
"Bu təklif mənə ediləndə çox həyəcanlandım. Mənim 43 yaşım var. Sanki bu işdə debüt edirəm. Çində futbolçuların səviyyəsi xeyli artıb. Görünür asiyalılar bu dəfə hakimlik işini təkmilləşdirmək fikrinə düşüblər. Mənə ehtiyac duyurlar. Məni buna görə transfer edirlər", - deyə Mark Klatenburq bildirib.