Olimpiya kateqoriyalı hakimimizə etimad göstərilib

Olimpiya kateqoriyalı hakimimizə etimad göstərilib


Yunanıstanın paytaxtı Afinada 15 yaşadək güləşçilər arasında "Acropolis Cup” keçirilib.
Yarış I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifovun rəhbərliyi ilə həyata keçirilib. Dünya Güləş Birliyi (DGB) bu vəzifəni məhz həmyerlimizə həvalə edib. İki günlük turnirdə güləşin hər 3 növü üzrə mübarizə baş tutub.
Qeyd edək ki, təcrübəli referi Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında hakimlik edib.