19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raund mərhələsindəki ilk oyununu martın 20-də Rusiya yığmasına qarşı keçirəcək. 3 gün sonra millimiz irlandiyalı rəqiblərinə qarşı meydana çıxacaqlar. Martın 26-da isə Vüqar Məmmədin komandası Rumıniya yığması ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Rusiyada keçiriləcək elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.
İlk rəqibimiz Rusiya yığması olacaq
