CIES Football Observatory analitik mərkəzi 2018-ci ildə Avropanın ən böyük 5 liqasında ən çox driblinq edən 50 futbolçunun siyahısını dərc edib. Siyahının ilk pilləsində "Barselona"nın hücumçusu Lionel Messi yer alıb. O, orta hesabla hər 19.2 dəqiqədən bir driblinq edib. Allan Sen-Maksimen ("Nitsa", 19.8) ikinci, Eden Hazard ("Çelsi", 21) üçüncü yerdə qərarlaşıb.Onluqda Naim Sliti ("Dijon"), Usman Dembele ("Barselona"), Ceydon Sanço ("Borussiya" Dortmund), Markus Tyuram ("Genqam"), Jeff Ren-Adelaid ("Anjer"), Uilfrid Zaa ("Kristal Pelas"), Anxel Korrea ("Atletiko") da yer alıb. Kilian Mbappenin (PSJ) 29-cu olduğu siyahıya Kriştianu Ronaldo ("Yuventus") daxil olmayıb.
Qeyd edək ki, təhlil ən azı 1800 dəqiqə (Bundesliqada oynayanlar 1500 dəqiqə) meydanda olan futbolçular arasında aparılıb.