"Qoca sinyora" "Bavariya"nın futbolçusu Xames Rodriqeslə maraqlanır. Turin klubu futbolçusu Paulo Dibala klubu tərk edəcəyi təqdirdə, 27 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etməyi düşünür.
Hazırda Dibala "Mançester Yunayted", PSJ, "Real" və "Bavariya" kublarından təklif alıb. "Yuventus" rəhbərliyi yaxın vaxtlarda oyunçunun agenti ilə görüşəcək və Dibalanın klubdakı gələcəyini müzakirə edəcək. Bundan sonra Xameslə danışıqların başlanılıb-başlanılmamasına qərar veriləcək.