Narazı futbolçu «Bavariya»nın hədəfində

Narazı futbolçu «Bavariya»nın hədəfində


"Real"ın futbolçusu Marko Asensio yayda Madrid klubundan ayrıla bilər. Bundestiqa nəhəngi "Bavariya" 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Münhen klubunun oyunçu üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilib. Almaniya təmsilçisinin Asensio ilə artıq danışıqlara başladığı və ona təklif göndərdiyi vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, Asensio "Bavariya"ya keçməyə narazı deyil. Onun "Real"ın baş məşqçisi Santyaqo Solari ilə problemləri səbəbindən Madrid klubundan ayrılmağı düşündüyü iddia olunub.
Qeyd edək ki, Asensio bu mövsüm 31 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib