Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin qeyri-etik qol sevincinə münasibət bildirib.
O, argentinalı mütəxəsssin özü ilə müqayisədə az tənqid olunduğunu deyib:
"Simeonenin hərəkətini mənim etdiyimi düşünə bilərsiniz? O zaman nələr olacağını fikirləşirsiniz? Əlbəttə ki, daha çox tənqid olunardım. Mənə fərqli münasibət göstərirlər. Bunun səbəbini bilmirəm. Amma mən onun yerinə olsaydım daha fərqli reaksiya göstərərdim".
Qeyd edək ki, Simeone Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk matçda (2:0) komandasının ilk qolunun sevincini qeyri-etik şəkildə qeyd edib.