Marselo getsə, Talyafiko gələcək

Marselo getsə, Talyafiko gələcək

Madrid "Real"ı mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Marseloya rəqib tapıb. "Kral klubu" braziliyalı müdafiəçinin boşluğunu "Ayaks"da çıxış edən Nikolas Talyafiko ilə doldurmağa çalışacaq. Madridlilərin yaxın vaxtlarda Argentina millisinin üzvü üçün Hollandiya klubuna təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Santyaqo Solari ilə münasibətləri yaxşı olmayan Marselonun yayda "Yuventus"a keçəcəyi gözlənilir.