Ümumrusiya Atletika Federasiyası (ÜRAF) neytral status almaq üçün müraciət edən 207 atletin 197-sinin müraciətini artıq Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) göndərib. Bu barədə ÜRAF-ın mətbuat katibi Natalya Yuxareva məlumat verib.
Ötən ilin dekabrında ÜRAF rusiyalı idmançıların 2019-cu ildə beynəlxalq yarışlarda neytral statusda iştirak etmələri üçün IAAF-a məktub ünvanlayıb. İndiyədək İAAF 2019-cu ildə beynəlxalq yarışlarda iştirak etməsi üçün 63 rusiyalı idmançını müəyyənləşdirib. Onların arasında Rusiya milli komandasının lideri Mariya Lasitskene, Sergey Şubenkov, Anjelika Sidorova və Timur Morqunov da var.