Bu gecə İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Final uğrunda mübarizədə ilk olaraq əzəli rəqiblər "Barselona" və "Real" komandaları qarşılaşacaq. Kataloniya klubunun heyətində müəyyən itkilər var. Müdafiəçilər Tomas Vermalen, Ceyson Murilyo, yarımmüdafiəçilər Serxi Samper və Kevin-Prins Boatenq zədə səbəbindən bu vacib görüşdə iştirak edə bilməyəcək.
Madrid klubunda isə heyət yüksək səviyyədədir. "Real"ın daha bir üstünlüyü ilk görüşdə sərfəli nəticə qazanmasıdır. Barselonda qeydə alınan «El Klassiko»da qeydə alınan 1:1 hesabı "kral klubu"nun mərhələ adlamaq şansını artırır.
Qeyd edək ki, yarımfinalın digər cavab oyununda sabah "Valensiya" "Betis"i qəbul edəcək.
Saat 00:00. "Real" - "Barselona"
İlk oyun - 1:1
Baş hakim: Xose Mariya Sançes Martines