Madridin "Atletiko” futbol klubunun argentinalı baş məşqçisi Dieqo Simeone ilə bağlı intizam işi açılıb.
Buna 48 yaşlı mütəxəssisin UEFA Çempionlar Liqasının səkkizdəbir finalında İtaliyanın "Yuventus” komandası ilə ilk oyunda (2:0) etdiyi qeyri-etik hərəkətlər səbəb olub. Belə ki, D.Simeone "Yuventus”un qapısına vurulan ilk qoldan sonra sevincini qeyri-etik hərəkətlərlə ifadə edib.
Qeyd edək ki, mütəxəssisin UEFA tərəfindən ən azı bir oyunluq cəzalandırılacağı gözlənilir. Təcrübəli məşqçiyə daha ağır cəzanın verilə biləcəyi də istisna olunmur.