“Azərsu” liderə çatır

“Azərsu” liderə çatır

Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Çempionatın lideri "Azərsu” kollektivi "İdman Akademiyası” komandasını sınağa çəkib. Rəqibi bütün göstəricilərdə üstələyən "Azərsu” çətinlik çəkmədən qalib gəlib – 47:17.

Çempionluğa iddialı digər komanda – "Azəryol” isə həftəsonu iki oyun keçirib. Bakıda "Olimpiya”nın qonağı olan "Azəryol” ilk oyunda 40:18, ikinci qarşılaşmada isə 34:22 hesabı ilə qələbə qazanıb.

Uğurlu seriyanı davam etdirən "Azərsu” 30 xalla çempionatın vahid lideridir. İkinci pillədəki "Azəryol” komandası liderlə xal fərqini ikiyə endirib. "Qarabağ” 14 xalla üçüncü yerdə qərarlaşıb. "İdman Akademiyası” ilə "Olimpiya”nın 7 xalı var. Autsayder "Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.