İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Final uğrunda mübarizədə ilk olaraq əzəli rəqiblər "Barselona" və "Real" komandaları qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 3:0. Bununla da Ernesto Valverdenin komandası finala vəsiqə əldə edib.
Qeyd edək ki, yarımfinalın digər cavab oyununda bu gün "Valensiya" "Betis"i qəbul edəcək. Həmin görüşdə ilk oyun heç-heçə bitib - 2:2