Prezidentin izlədiyi hokkey matçında dava düşdü

Prezidentin izlədiyi hokkey matçında dava düşdü


Belarusda hokkeyçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun da canlı izlədiyi oyunda dalaşıblar.
İnsident Minsk "Dinamo"su və Belarus Ekstraliqasında çıxış edən hokkeyçilərdən ibarət yığmanın qarşılaşmasında baş verib. Paytaxt təmsilçisinin 2:4 hesabı ilə uduzduğu görüşün final sirenası çalınandan dərhal sonra "Dinamo"dan Oleq Yevenko ilə rəqib oyunçular İqor Brikun və Yeqor Qaynetdinovun iştirakı ilə dava düşüb.
Hakimlərin və digər hokkeyçilərin müdaxiləsindən sonra tərəfləri bir-birindən ayırmaq mümkün olub.