Məşhur türkiyəli aktyor Burak Özçivit maraqlı layihəyə start verib.
Aktyora məxsus olan şirkət yeni ekran əsərinin çəkilişinə hazırlaşır.
Həmin film maddi problemlər içində yaşayıb, sonradan ulduz futbolçuya çevrilən bir insanın həyatından bəhs edəcək.
Özçivit "Fənərbaxça" sevdasını da layihəsinə qatmaq niyyətindədi. Belə ki, o, "Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks de Souzaya filmdə çəkilməyi təklif edib.
Ssenariyə görə, baş rol oyunçusu Alekslə bir araya gələcək və ondan dərslər öyrənəcək. Aleks bu təklifə müsbət yanaşıb və ilkin razılığını verib.
Aleks de Souza 2004-2012-ci illərdə "Fənərbaxça"nın formasını geyinib.