Şenol Günəş futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi təyin edilib. Türkiyə Futbol Federasiyası 66 yaşlı mütəxəssislə dörd illik müqavilə imzalayıb. Türkiyə Futbol Federasiyasının açıqlamasında müqavilənin bu il iyunun 1-dən qüvvədə olacağı bildirilib. Xatırladaq ki, futbol üzrə Türkiyə millisi 2002-ci ildə Şenol Günəşin rəhbərliyi ilə dünya çempionatının bürünc medallarını qazanıb.