Madrid "Real"ının fransalı futbolçusu Kərim Benzemanın evi qarət olunub.Hadisə dünən gecə keçirilən "El-Klassiko" zamanı baş verib. Fransalı hücumçunun evindən nələrin oğurlandığı barədə məlumat verilməyib. Qeyd edək ki, "Real"-"Barselona" görüşü qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, son vaxtlar aparıcı futbolçular bu halla tez-tez rastlaşırlar. Benzemadan əvvəl Kevin-Prins Boatenq, Jordi Alba (hər ikisi "Barselona”), Sadio Mane ("Liverpul”), Tiaqu Silva, Dani Alveş, Erik Maksim Çubo-Motinq, hətta "Marsel”in prezidenti Jak-Anri Eyronun evi oğrular tərəfindən qarət edilmişdi.
Hədəf bu dəfə Benzemanın evi oldu
