«Valensiya» - «Barselona» "Benito Vilyamarin"də

«Valensiya» - «Barselona» "Benito Vilyamarin"də


Dünən axşam İspaniya kuboku - «Copa del Rey»də 2-ci finalçı müəyyənləşib. Növbəti yarımfinal görüşündə "Valensiya" "Betis"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Beləliklə, "Valensiya" iki oyunun nəticəsinə (2:2,1:0) əsasən, finala yüksəlib. Komanda həlledici matçda "Barselona" ilə qarşılaşacaq. Final oyunu mayın 25-də "Benito Vilyamarin" stadionunda keçiriləcək.

"Valensiya" - "Betis" - 1:0
Qol: Rodriqo, 56