"Vətən" futbol məktəbində yanğın baş verib

"Vətən" futbol məktəbində yanğın baş verib
Bakıda səhər saatlarında "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, yanğın məktəbin idman zalının dam örtüyündən başlayıb.  
Hazırda "Vətən" futbol məktəbində baş verən yanğın söndürülüb.