Gimnastlar yeni titullara yiyələniblər

Gimnastlar yeni titullara yiyələniblər

Ötən il gimnastika növləri üzrə keçirilmiş dünya çempionatlarının nəticələrinə əsasən, Azərbaycan idmançıları "beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər. Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən bədii gimnastımız Zöhrə Ağamirova, Belçikanın Antverpen şəhərində keçirilən dünya çempionatında fərqlənən akrobatlarımız mükafatlandırılıblar. Bundan başqa, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi, idman gimnastikası üzrə mötəbər yarışda (Qətər) göstərdiyi nəticəyə görə isə kişi idman gimnastımız Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təltif edilib.