Avropa çempionatının püşkatma mərasimi keçirilib

Avropa çempionatının püşkatma mərasimi keçirilib

Mayın 16-19-da Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının martın 2-də püşkü atılıb.
Püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri, həmçinin Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları və Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.
Püşkatmanın nəticələrinə görə, böyük gimnastlar arasında fərdi proqramda Azərbaycan təmsilçiləri sayca 18-ci çıxış edəcəklər. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.
Gənc komandaların qrup hərəkətləri proqramında isə Azərbaycan 16-cı çıxış edəcək. Bu kateqoriyada 22 ölkənin təmsilçiləri mübarizə aparacaqlar.