
Martın 2-də İspaniya La Liqasında 26-cı turun mərkəzi qarşılaşması
keçirilib.
Madrid "Real” lı "Santyaqo Bernabeu” stadionunda əzəli rəqibi "Barselona” komandasını qəbul edib.
Görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb–1:0.
Oyunda yeganə qol matçın 26-cı dəqiqəsində vurulub. İvan Rakitiç komndasına 3 xal gətirən qolun müəllifi olub. Bu qələbə sayəsində "Barselona” xallarının sayını 60-a çatdırıb. "Real” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, bu, La Liqada 178-ci "El klassiko” olub. İndiyədək keçirilən görüşlərin 72-də "Real”, 71-də isə "Barselona” qalib gəlib. Otuz dörd oyun heç-heçə başa çatıb. "Barselona” birinci dövrədə (10-cu tur) matçda rəqibini böyük hesabla məğlub etmişdi - 5:1. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv fevralın 28-də "Real”i İspaniya Kral kubokunun yarımfinalında iki görüşün nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb.