Badmintoçumuz üçüncü olub

Badmintoçumuz üçüncü olub


Badmintonçumuz Ezmi Qovimuramadhoni Keniyanın paytaxtı Nairobi şəhərində keçirilən "Future" seriyalı "Kenya İnternational 2019" turnirində çıxış ediblər.
Yarışın reytinq favoritlərindən sayılan Ezmi onaltıdabir finalda Əlcəzair badmintonçusu Sifeddin Larbaouiyə 2:0 (21-11, 21-13) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə hindistanlı Saçin Çandra Şekara üzərində 2:0 (21-13,21-13) hesablı qələbə qazanıb. Səkkizdəbir finalda badmintonçumuz Nigeriya idmançısı Qodvin Olofuanı da 2:0 (21-13, 21-17) hesabı ilə məğlub edib.
Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Ezmi Qovimuramadhoni ikidəbir finalda Hindistan təmsilçisi Aman Farog Sanjaya 0:2 (15:21, 16:21) hesabı ilə uduzub.