Pəhləvanlarımız Avropa çempionatında yarışırlar

Pəhləvanlarımız Avropa çempionatında yarışırlar


Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.
Qitə birinciliyinin ilk 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçisi Emin Əhmədovun rəhbərliyi altında 8 güləşçi ilin ilk ciddi sınağında yarışır.
Heyətdə Ziyad Zeynalov (55 kq), Mikayıl Rəhmanov (63 kq), İslambek Dadov (72 kq), Nəsir Həsənov (77 kq), Eltun Vəzirzadə (82 kq), Nəzərşah Fətullayev (87 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Qeyd edək ki, növbəti həftənin ilk günlərində sərbəst və qadın güləşi üzrə millilərimizin heyəti də açıqlanacaq.
Yarışlara martın 10-da yekun vurulacaq.