UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində "28 Mall” ticarət mərkəzində Nihat Kahveci və Dekunun imza günü keçirilib.
İmza günündə azarkeşlər və qonaqlar futbolçularla yaxından tanış olub, imza alıb, eləcə də, onlarla xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Nihat Kahveci türkiyəli sabiq peşəkar futbolçudur. "Beşiktaş”ın yetirməsi olan hücumçu İspaniyanın "Villareal” və "Real Sosyedad” kimi klublarında da çıxış edib. Deku kimi tanınan Anderson Luis de Souza isə yarımmüdafiəçi mövqeyində çıxış edən sabiq portuqaliyalı futbolçudur. Deku "Porto”, "Barselona”, "Çelsi” və "Fluminense” kimi klubların şərəfini qoruyub.