Kapoeyraçılar Bakı şəhər birinciliyində

Kapoeyraçılar Bakı şəhər birinciliyində


Hövsan Olimpiya İdman Kompleksində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kapoeyra üzrə Bakı şəhər birinciliyi keçirilib.
Birincilikdə 4-15 və 16 yaşından yuxarı qruplarda 125 idmançı məharətlərini göstəriblər. Yekun nəticələrə əsasən, ilk üç yerə layiq görülən idmançılara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.