«Məhsul» İC-in idman xronikası

«Məhsul» İC-in idman xronikası


Bu yaxınlarda «Sərhədçi» Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda ölkənin müxtəlif klub və cəmiyyətlərini təmsil edən ən güclü pəhləvanlar qüvvələrini sınayıblar. Birincilikdə iştirak edən idmançılar arasında «Məhsul» İdman Cəmiyyətinin yetirmələri də qüvvələrini sınayıblar. «Məhsul» İC-i təmsil edən Zaur Nuriyev (63 kq) birinci yeri tutaraq Azərbaycan çempionu adına layiq görülüb.

*  *   *

«Məhsul» İdman Cəmiyyətinin cüdoçuları da fəallığı ilə seçiliblər. Belə ki, bu yaxınlarda idman cəmiyyətinin yetirmələri Bakı idman Sarayında təşkil olunan 2 dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turnirdə uğurla çıxış ediblər. 39-cu dəfə təşkil olunan beynəlxalq turnirdə 7 ölkənin yeniyetmə cüdoçuları mübarizə aparıb. Yarıqda uğurla çıxış edən «Məhsul» İC-in yetirmələri üç bürünc medala layiq görülüblər. İdman cəmiyyətinə bürünc medalları Səbinə Qədirova (48 kq), Fidan Əliyeva (57 kq) və Zeynəbxanım Əsədova (63 kq) qazandırıb.