«Qırmızı şeytanlarda» ciddi itki

«Qırmızı şeytanlarda» ciddi itki

İngiltərənin "Mançester Yunayted” futbol klubunun çilili hücumçusu Aleksis Sançez 6-8 həftə ərzində yaşıl meydandan uzaqda qalacaq.
30 yaşlı hücumçu Premyer Liqanın 29-cu turunda "Southempton” ilə oyunun 52-ci dəqiqəsində zədələnib. Tibbi müayinə nəticəsində onun sağ dizində zədə aşkarlanıb. Klubun həkim komissiyası hücumçunun təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, çilili hücumçu "Mançester Yunayted”in heyətində cari mövsümdə 23 oyunda 2 dəfə fərqlənib. A.Sançez Çili millisinin heyətində isə 124 oyunda 41 qol vurub.