"Tottenhem" 1/4 finalda

"Tottenhem" 1/4 finalda


Ötən gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Gecənin maraqla gözlənilən oyunlarından biri Almaniyada təşkil olunub. Bundestim təmsilçisi "Borussiya”"Signal İduna Park" stadionunda «Tottenhem»dən İngiltərədəki məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin almaniyalılar öz medanlarında da bunu bacarmayıblar. İlk görüşdə 3 cavabsız qol buraxan Dortmund təmsilçisi bu dəfə 1:0hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. Beləliklə, hər iki oyunun nəticəsinə əsasən "Tottenhem" 1/4 finala vəsiqə qazanıb.



Çempionlar Liqası, 1/8 final
6 mart

00:00. "Borussiya” (Dortmund) - "Tottenhem” - 0:1
Qol: H. Keyn, 49
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun - 0:3