AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.
Görüşdə UEFA nümayəndələri Qraham Piker və Massimilano Miçenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin əməkdaşları, Azərbaycan Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələri iştirak ediblər.
UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb və Avropa futbol qurumunun intizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.