«Kral klubu»ndan növbəti uğursuzluq

«Kral klubu»ndan növbəti uğursuzluq

Çempionlar Liqasında mübarizəni dayandıran "Real” daha bir uğursuz göstərici ilə yadda qalıb. Madrid təmsilçisi bu turnirdə tarixində ilk dəfə ardıcıl iki ev oyununda uduzub.
Ötən ilin dekabrında Madriddə Rusiyanın SSKA klubuna 0:3 hesabı ilə məğlub olan "kral klubu” ötən gecə "Ayaks”a 1:4 yenilib.
Xatırladaq ki, "Ayaks” "Real”ı mübarizədən kənarlaşdırıb.