Balakəndə məktəblilərin spartakiadası keçirilir

Balakəndə məktəblilərin spartakiadası keçirilir


5 Mart- Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Balakəndə rayon məktəblilərinin VI Spartakiadası başlanıb. Martın 15-dək davam edəcək spartakiadada rayonun 35 məktəb komandasının tərkibində 1000 nəfərədək məktəbli idmançı 6 idman növü üzrə yarışır.
Martın 5-də Balakən Olimpiya İdman Kompleksində spartakiadanın rəsmi açılış mərasimi olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və başqaları çıxış edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Vurğulanıb ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar rayonda idmanın kütləviliyinin artmasına böyük təkan verir.
Çıxışlardan sonra bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan veteran məşqçi və idmançılara qiymətli hədiyyələr təqdim olunub.
Daha sonra İdman Kompleksində futbol yarışına start verilib. Birincilikdə 8 komanda mübarizə aparır.
Spartakiadanın proqramına, həmçinin sərbəst və yunan-Roma güləşi, boks, voleybol, idman gimnastikası və yüngül atletika üzrə yarışlar daxil edilib.