UEFA Avropa Liqasında həftənin rəmzi komandasına düşən futbolçuların adlarını açıqlayıb. Rəmzi heyətdə Kevin Trapp ("Ayntraxt"), David Zappakosta, David Luiz, Pedro Rodrigez (hər üçü "Çelsi"), Kalidu Kulibali, Mario Rui, Fabian Ruis (hər üçü "Napoli"), Manuel Morlanes, Xerar Moreno (hər ikisi "Vilyarreal"), Hatəm Ben-Arfa ("Renn") və Rodriqo Moreno ("Valensiya") yer alıblar.
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri martın 14-də keçiriləcək.
Turnirin final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.