İngiltərə Premyer Liqasının ən yaxşısı seçilib

İngiltərə Premyer Liqasının ən yaxşısı seçilib


"Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aquero fevral ayında İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

30 yaşlı futbolçu fevralda 4 oyunda 7 dəfə fərqlənib. Serxio Aquero "Çelsi” və "Arsenal” ilə oyunda xet-trik edib, "Vest Hem”in qapısına isə qələbə topunu vurub.

Argentinalı cari mövsümdə İngiltərə Premyer Liqasında 18 qolla bombardirlər cədvəlində liderliyini qoruyur.