Futbol üzrə Topaz Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib. "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda autsayder "Zirə” komandası ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb. Bu oyundan sonra "Qarabağ” xalların sayını 42-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. Hesabında 41 xal olan "Neftçi” ikinci yerdədir. Liderə nisbətən bir oyun az keçirən paytaxt komandası martın 10-da səfərdə "Sumqayıt” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, 20-ci turun ilk oyununda "Keşlə” komandası "Sabah”a 3:0 hesabı ilə qalib gəlib.