
UEFA-nın İntizam Komitəsi "Atletiko” və "Yuventus”u madridlilərin xeyrinə (2:0) başa çatan Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk matçından sonra cərimələməyi qərara alıb. Avropa futbol qurumu "Atletiko”nu fanatlarının meydana xarici əşyalar atdığına və stadionun girişini bağladığına görə 38 min avro cərimə edib. "Yuventus” isə ikinci hissəyə gecikdiyi üçün 30 min avro cərimələnib.