Qitə çempionatının maskotu mart ayında təqdim ediləcək

Qitə çempionatının maskotu mart ayında təqdim ediləcək


2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının maskotunun təqdimatı mart ayı ərzində olacaq.
Bunu FIFA idarə heyətinin üzvü, Avro 2020-nin Rusiya üzrə təşkilat komitəsinin rəhbəri Aleksey Sorokin deyib.
Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Turnirin 60 illik yubileyi münasibətilə çempionata Avropanın 12 ölkəsi ev sahibliyi edəcək.
Qitə birinciliyinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir qarşılaşması Bakıda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç oyunu, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.