Sumoçumuz ümumdünya etno festivalında bürünc medal qazandı

Sumoçumuz ümumdünya etno festivalında bürünc medal qazandı


Azərbaycan sumoçusu Camal Feyziyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb.
18 yaşlı idmançımız mas-reslinq üzrə mütləq dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatda 42 ölkənin hər biridən bir idmançı iştirak edib. Camal Feyziyev 42 idmançı arasında ən gənc olmasına baxmayaraq, ilk görüşdə Polşa, sonra Danimarka, Kanada, Çexiya idmançıları üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə idmançımız Ukrayna təmsilçisinə məğlub olub. Bürünc
medal uğrunda yarışda isə Qırğızıstan idmançısına qalib gələn təmsilçimiz bürünc medala layiq görülüb. Yarışlarda 90 ölkədən 3 mindən çox idmançı iştirak edir. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş yarışlarında mübarizə aparırlar.