Cokoviç mübarizəni dayandırdı, Nadal və Federer 1/8 finalda

Cokoviç mübarizəni dayandırdı, Nadal və Federer 1/8 finalda


İndian Uellsdə keçirilən turnirdə kişilərin mübarizəsində növbəti 1/16 final görüşləri keçirilib.
Yağış səbəbindən bir gün sonraya təxirə salınan Novak Cokoviç - Filipp Kolşrayber görüşü baş tutub. 7-ci qeymdə rəqibinin servis oyunundan xal çıxaran alman tennisçi ilk seti aktivinə yazdırıb. İkinci setdə də rəqibini bir breyk qabaqlayan Filipp Kolşrayber sürprizə imza ataraq dünya bir nömrəsi Novak Cokoviçi mübarizədən kənarlaşdırıb.
Dünya iki nömrəsi Rafael Nadal çətinlik çəkmədən, 1 saat 17 dəqiqə sonunda Dieqo Şvarçmanı məğlub edərək 1/8 finala yüksəlib. Mərhələ adlayanlar sırasında həmyerlisi Sten Vavrinkaya şans verməyən Rocer Federer də var.

BNP Paribas Open

İndian Uells, ABŞ

Masters 1000

1/16 final

Rocer Federer (İsveçrə) - Sten Vavrinka (İsveçrə) - 2:0 (6:3, 6:4)

Novak Cokoviç (Serbiya) - Filipp Kolşrayber (Almaniya) - 0:2 (4:6, 4:6)

Rafael Nadal (İspaniya) - Dieqo Şvarçman (Argentina) - 2:0 (6:3, 6:1)