Dünya kuboku yarışlarında ən güclülər yarışacaq

Dünya kuboku yarışlarında ən güclülər yarışacaq

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna dünyanın ən güclü idmançıları iştirak edəcəklər.
Olimpnews.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı gimnast Murad Ağarzayev deyib.
M.Ağarzayev bildirib ki, Dünya Kubokunda Olimpiya çempionları, dünya çempionları iştirak edəcəklər.
Özünün qələbə şanslarını qiymətləndirən M.Ağarzayev deyib ki, yaxşı nəticə göstərməyə çalışacaq: "Yarışa hazırlıq yaxşı gedir. Fikrimcə, ən yaxşı nəticələri sərbəst hərəkətlərdə və dayaqla tullanmada əldə edəcəyəm. Mən bu növlərdə ən azı finala çıxmağa ümid edirəm”.
Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.