Argentinalı ulduz İngiltərəyə gedir?

Argentinalı ulduz İngiltərəyə gedir?

"Yuventus"un argentinalı futbolçusu Paulo Dibala yayda karyerasını İngiltərədə davam etdirəbilər.
"Olimpnews.az" saytının "Qazeta.ru" portalına istinadən yaydığı xəbərə görə, "Liverpul" 25 yaşlı hücumçu ilə maraqlanır. Klub bir neçə həftə ərzində argentinalı oyunçu ilə müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, P.Dibala ilə Madrid "Real"ının da maraqlandığı iddia olunur.